SİZİN REKLAM BURADA!
055 213 76 73



Martın 11-i axşam saatlarından başlayaraq müşahidə edilən yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb. Eyni zamanda elektron lövhələrə "Sürüşkən Yol" işarəsi qoyulub.

Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər.

Hər birinizə rahat və təhlükəsiz yol arzulayırıq!

BAKU.WS