401 nəfər parlament seçkilərinə namizədlik üçün müraciət edib
15
iyl
2024
10:11
Növbədənkənar parlament seçkilərinə namizədlərin sənədlərinin təqdim edilməsi və qeydiyyatına başlanılıb.
BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov deyib.
O qeyd edib ki, 401 vətəndaş sənədlərini seçkilərdə namizəd olmaq üçün təqdim edib.
"Siyasi partiyalar kifayət qədər fəaldırlar. Sənəd təqdim edənlərin 168-i siyasi partiya təmsilçisidir. Onlar 13 siyasi partiyanı təmsil edirlər. Bu say artmaqdadır", - R.Qasımov vurğulayıb.
Oxşar xəbərlər
Məşhur restoranlarda nöqsanlar aşkarlandı - SİYAHI
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 35 ticarət müəssisəsi və 8 ictimai iaşə müəssisəsində həyata keçirilən moni...