40 yaşdan sonra şirniyyata meyl artmasının səbəbi açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
40 yaşdan sonra bir çox insan orqanizmdə müxtəlif dəyişiklikləri hiss etməyə başlayır.
BAKU.WS-in məlumatına görə, səhərlər şişkinlik, enerji azlığı və şirniyyatlara qarşı artan istək bu dövrdə ən çox rast gəlinən şikayətlərdəndir.
Mütəxəssislərin sözlərinə görə, bu hallar təsadüfi deyil və bir-biri ilə əlaqəlidir. Yaş artdıqca maddələr mübadiləsi yavaşlayır, orqanizm daha "iqtisadi rejimə" keçir. Eyni zamanda əzələ kütləsinin azalması baş verir ki, bu da gündəlik enerji sərfiyyatına birbaşa təsir göstərir.
Bundan əlavə, 40 yaşdan sonra hormonal dəyişikliklər də başlayır. Bu proses təkcə çəkiyə deyil, həm də iştaha, enerji səviyyəsinə və ümumi əhvala təsir edir. Nəticədə şirin qidalara olan meyl daha da güclənə bilər.
Həkimlər bildirir ki, bu mərhələdə əvvəlki sərt pəhrizlər və kəskin qida məhdudiyyətləri çox vaxt istənilən nəticəni vermir, hətta əks təsir yarada bilər.
Mütəxəssislərin fikrincə, yaşla bağlı bu dəyişiklikləri düzgün qidalanma və balanslı həyat tərzi ilə idarə etmək daha effektiv nəticə verir.
Oxşar xəbərlər
Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir
Jurnalistlərin qanuni peşə fəaliyyətinə maneələrin yaradılması, onlara qarşı fiziki güc tətbiqi və ya təhdidlər qəbuledilməzdir. BAKU.WS xəbər verir ki, bu barə...