2015-ci ilin oktyabrında ərzaq məhsullarının qiymətləri 0,3 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz bahalaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişikliklər baş verməyib.

BAKU.WS-
in məlumatına görə, bunu Statistika Komitəsi yayıb. Ümumilikdə istehlak məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,1 faiz bahalaşdığı deyilir. 

Ay ərzində düyünün, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, şəkərin, toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, portağalın, bananın, xiyarın, pomidorun, badımcanın, şirin bibərin, soğanın, sarımsağın, kartofun qiymətlərində bahalaşma, qoyun ətinin, limonun, naringinin, almanın, armudun, üzümün, heyvanın, narın, qozun, fındığın, şabalıdın, kələmin, göyərtinin, balqabağın, göy lobyanın, çuğundurun, kökün qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Oktyabr ayında qeyri-ərzaq məhsullarından parçaların, geyimin, ayaqqabıların, məişət cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının qiymətlərində bahalaşma, inşaat materiallarının, dərmanların, zərgərlik məmulatlarının, mebel və ev əşyalarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

 

BAKU.WS isə bazarlarda hazırkı vəziyyət və bahalaşmaya qədər olan qiymətləri fərqli şəkildə oxucularına təqdim edir:  

 

 

Ziya Səccad

BAKU.WS