SİZİN REKLAM BURADA!
055 213 76 73



Gələn ilin əvvəlində Azərbaycanın ikinci telekommunikasiya peyki - “Azerspace-2” orbitə çıxarılacaq.

BAKU.WS-in məlumatına görə, bu barədə jurnalistlərə müsahibəsində nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Nazir müavini bildirib: “2018-ci ildə, çox qısa bir zamanda “Azerspace-2” peykinin orbitə çıxarılması gözlənilir. Hazırda işlər plana uyğun şəkildə həyata keçirilir. Demək olar ki, son hazırlıq mərhələsidir”.

BAKU.WS