SİZİN REKLAM BURADA!
055 213 76 73



Dekabr ayı gələr-gəlməz Yeni ilə hazırlıqlar başlanır. Yeni il uşaqların sevimli bayramı olmaqla bərabər, həm də bir çox işbazların da sevimlisidir. Bayram süfrəsinə hazırlıqları bir kənara qoyub, bayramın atributu olan yolkaların bəzədilməsindən danışaq.

Artıq bir çox iaşə obyektlərində bəzənmiş yolkalara rast gəlmək mümkündür. Eləcə də evlərdə, mənzillərdə də bu hazırlıqlara başlanır. Bəs bu atributun alınıb bəzədilməsi bir ailəyə neçəyə başa gəlir?

BAKU.WS olaraq, bununla bağlı kiçik araşdırma etmək qərarına gəldik.

Öncə onu deyək ki, təbii şam və ya küknar ağaclarına çox az rast gəlinir. Belə ağacların satışı həm də yolverilməzdir. Lakin bununla belə, müxtəlif yollarla təbii ağacları əldə edənlər də olur. Belə ağacların qiymətini açıq bazarda olmadığı üçün müəyyənləşdirmək mümkün olmasa da, kifayət qədər bahalı olduğunu demək olar.

Süni yolkalar isə hazırlanma materiallarına görə bir-birindən seçilir. Daha sonra ölçü faktoru önəmlidir. Eyni materialdan hazırlanmış eyni ölçülü yolkanı da müxtəlif yerlərdə fərqli qiymətlərə görmək olar. Şəhərin mərkəzində yerləşən mağazalarda, ticarət mərkəzlərində fantastik qiymətə olan bu ağacları adi bazarlarda, ətraf qəsəbələrdə yerləşən dükanlarda iki-üç dəfə ucuz qiymətə əldə etmək mümkündür. Mərkəzdə ən ucuz yolkanın qiyməti 30 manat, ən bahalısı isə 300 manata satılırdı. Fantastik qiymətə də yolkalar var. Bunların qiyməti 2000 AZN-dən başlayır. Qiymətin bahalığı isə onların böyüklüyü və aksessuarlarının sayı ilə əsaslandırılır.  Şüşədən hazırlanan oyuncaqlar plastik materiallı bəzəklər nisbətən daha bahadır.

Tuncay
BAKU.WS