SİZİN REKLAM BURADA!
055 213 76 73



Yeni asfalt-beton örtüyünün döşənməsi işləri ilə əlaqədar olaraq noyabrın 30-dan dekabrın 1-ə keçən gecədən etibarən Binəqədi şosesinin Binəqədi qəsəsəbəsindən “4 yol” deyilən əraziyədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-dən BAKU.WS-ə verilən məlumata görə, sözügedən ərazi üzrə hərəkətin məhdudlaşdırılması qısa müddətə, yəni 1-3 dekabr tarixlərində baş tutacaq.

Bu müddət ərzində asfalt örtük döşənən ərazilər boyu hərəkət hissə-hissə bərpa olunacaq.

BAKU.WS