Bakının bu küçəsi təmirə bağlandı (VİDEO/FOTO)

Bakının bu küçəsi təmirə bağlandı (VİDEO/FOTO)
Video
Video 1086

 

Nərimanov rayonu Nəcəf Nərimanov küçəsində təmir işlərinə start verilib.

"Azəravtoyol" ASC-dən BAKU.WS-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar küçədə avtonəqliyyat vasitələrinin hərəkətinə hissə-hissə və qismən məhdudiyyət tətbiq olunur.

Nəcəf Nərimanov küçəsinin uzunluğu 630 metr, eni isə 10 metrdir. Təmir işləri çərçivəsində zəruri olan yerlərdə səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya qurulur. Bundan başqa aidiyyəti qurum tərəfindən su xətlərinin yenilənməsi işləri də həyata keçirilir. Aparılan kompleks tədbirlər gələcəkdə yolun hərəkət hissəsinin qısa müddət ərzində sıradan çıxmasını sığortalamış olacaq.

Təmir işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb, yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir. Daha sonra küçənin 6 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Bundan başqa kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları da yenilənəcək.

Təmir işləri bitdikdən sonra küçədə zəruri olan yerlərdə yol nişanları quraşdırılmaqla, yolcizgi, yolgöstərici xətlər çəkilməklə avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunacaq və küçə yeni görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Bakının məşhur başıbəlalı küçəsi təmir olunub - FOTO

Bakının məşhur başıbəlalı küçəsi təmir olunub - FOTO

Bakının Binəqədi rayonu Cəfər Xəndan küçəsinin daha bir hissəsində təmir işləri aparılaraq yekunlaşdırılıb. Təmir işləri yolun Əhməd Rəcəbli və Şövkət Məmmədova...

2638 Sosial 12:34 01 dekabr 2016

Son xəbərlər