Yol polislərinə sambo dərsləri keçilir.

Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəisi Vaqif Əsədov BAKU.WS-ə məlumat verib. Onun sözlərinə görə, əgər yol polisi xidməti zamanı hər hansı bir cinayətkarla qarşılaşarsa, onu zərərsizləşdirə bilər.

"Bütün əməkdaşlar xüsusi hazırlıq keçirlər. Onlara qarşı tabesizlik göstərən, xidməti zamanı bıçaqla müqavimət göstərən sürücülər də olur. Bu zaman yol polisləri həmin şəxsi zərərsizləşdirməli və digər vətəndaşların təhlükəsizliklərini təmin etməlidirlər. Bunun üçün də yol polisləri xüsusi hazırlıqda olmalıdırlar”, - deyə Vaqif Əsədov bildirib.

Ziya Səccad
BAKU.WS