SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Paytaxtda "Azərinşaatservis" MMC-nin işçiləri etiraz aksiyası keçirib. 

BAKU.WS Xəbərlə.com-a istinadən məlumat verir ki, işlədikləri təqdirdə 5 aydır əmək haqqı almayan şirkət əməkdaşları artıq buna qarşı öz etirazlarını bildirmək qərarına gəliblər. 

Əmək haqqı ala bilməyən 200 nəfərə yaxın işçi Dərnəgül istiqamətindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə doğru etiraz yürüşü ediblər.
 
BAKU.WS şirkətlə məsələ ilə bağlı əlaqə saxlamaq istəsə də şirkətin əlaqə telefonlarının borcdan bağlanıldığı məlum oldu. Adıçəkilən şirkətin Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevə məxsus olduğunu iddia edirlər.