SİZİN REKLAM BURADA!
055 213 76 73



Son iki gündür ki, sosial şəbəkələrdə Yer kürəsində güclü geomaqnit qasırğa olacağı ilə bağlı məlumatlar yayılır. 

BAKU.WS-in məlumatına görə, sürətlə yayılan mesajlar və səs yazıları sakinlər arasında təşviş yaradıb. Məlumatda qeyd edilir ki, ay yerə yaxınlaşdığı üçün güclü geomaqnit qasırğa olacaq

"Saat 00:30-dan 04:00-a kimi telefonları söndürmək lazımdır. Hər həs bunu yaxınlarına bildirsin. Şüalar telefonlar vasitəsi ilə insanlara böyük xətər yetirə bilər. Telefonları söndürün və məlumatı hər kəsə yayın", - deyə məlumatda bildirilir.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) direktoru Namiq Cəlilov BAKU.WS-ə açıqlamasında geomaqnit qasırğa barədə danışıb. ŞAR-ın direktoru bildirib ki, ay öz oxu ətrafında hərəkət edir və Ay peykinin geomaqnit qasırğası ilə bağlı heç bir əlaqəsi yoxdur. Namiq Cəlilov əlavə edir ki, geomaqnit qasırğasını günəş səthindəki partlayışlar yaradır və ötən gün Günəşdə iki böyük alışma baş verib:

"Gözlənilir ki, bu partlayışların təsiri bu gün və sabah Yerə çatsın. Alışmalar baş verən zaman plazma tullantıları yaranır. Bu yerə yönəldikdə Yer kürəsinin maqnit sahəsini silkələyir. Bununla da maqnit qasırğası yaranır. Bu proses tez-tez baş verir, amma bu dəfə güclü olacağı gözlənilir. Sözügedən geomaqnit qasırğası telefonların insan səhhətinə mənfi təsirlər göstərəcək qədər gücdə deyil".

Şahin
BAKU.WS