300 bal toplayan Qax məktəbliləri - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 10-da keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki Qax şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri Humay Harunova və Ayşən Nəzirova 300 bal toplayıblar.
İdarədən BAKU.WS-ə bildirilib ki, bununla da region üzrə maksimum nəticə göstərən şagirdlərin sayı ümumilikdə 8 nəfərə çatıb.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dilindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunub.
Bu mərhələdə fənlərin hər biri üzrə maksimum 100 bal olmaqla, ümumilikdə 300 bal toplanıla bilər.
Yüksək nəticə toplayan məktəblilərin fotolarını təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası açıqlanıb
11-ci və 9-cu sinif buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası açıqlanıb. Dövlət İmtahan Mərkəzindən BAKU.WS...