30 il əvvəl Füzulidə itkin düşən hərbçi Salyanda dəfn edilib - FOTO
28
sen
2023
14:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşən və 30 ildən sonra meyitinin qalıqları Şuşa ətrafında tapılan hərbçi Əbülfət Atamoğlanovun meyitinin qalıqları dəfn edilib.
“Report”un Aran bürosunun məlumatına görə, şəhid Salyanın Kürsəngi kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Daha öncə şəhidlə evində vida mərasimi keçirilib. Mərasimdə şəhidin doğmaları, rayon icra hakimiyyətinin rəhbərliyi, büro üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Qalereya
Oxşar xəbərlər
I Qarabağ müharibəsində itkin düşmüş döyüşçünün nəşi 30 ildən sonra Füzulidə dəfn olunub - YENİLƏNİB
Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü Şəmsəddin Allahverdiyevin meyitinin qalıqları 30 ildən sonra Füzuli rayonunda dəfn olun...