3 yolayrıcında yeni svetoforlar istifadəyə verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov və Etibar Bəkirov küçələrinin kəsişməsində yeni nəqliyyat svetoforu istifadəyə verilib. Nəticədə qeyd edilən ərazidə qəza riskləri azalıb, eyni zamanda piyadaların daha təhlükəsiz hərəkəti təmin edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bundan əlavə Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə və Şah İsmayıl Xətai küçələrinin kəsişməsində, həmçinin Şüvəlan qəsəbəsi, Almas İldırım və Nizami Gəncəvi küçələrinin kəsişməsində də yeni svetoforlar quraşdırılaraq istifadəyə verilib.
Qeyd edilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...