3 mindən çox Yeni il hədiyyə qutusu satışdan kənarlaşdırılıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ticarət şəbəkələrində satışa çıxarılan 3068 Yeni il hədiyyə qutusunu satışdan kənarlaşdırıb.
Bu barədə BAKU.WS-ə agentlikdən məlumat verilib.
Bildirilib ki, cari ilin 11-27 dekabr tarixlərində keçirilən monitorinqlər zamanı 347 sahibkarlıq subyektində 21182 məhsula baxış keçirilib. Belə ki, 86 obyektdə qutuların üzərində etiket məlumatlarının olmadığı və yaxud düzgün aparılmadığı müəyyən edilib.
Aşkarlanan uyğunsuzluqlarla əlaqədar mövcud tələblərə cavab verməyən 3068 ədəd hədiyyə qutusu müvafiq qaydada aktlaşdırılaraq satışdan kənarlaşdırılıb. Nəzarət tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
SDU-nun rektor əvəzi professorluqdan məhrum edildi
Sumqayıt Dövlət Universitetinin rektor əvəzi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Əminağa Sadıqovla bağlı qərar verilib. BAKU.WS Globalinf...