Təhsil Nazirliyinin əməkdaşı Pərviz Əliyev bir neçə gün əvvəl ermənilərin Alxanlı kəndinə dinc sakinlərini atəşə tutması nəticəsində öldürülmüş iki yaşlı  Zəhra üçün Bakıdan Füzuliyə qədər veloyürüşə başlayıb.

BAKU.WS-in məlumatına görə, O, həmçinin bununla ermənilərin dinc sakinlərə qarşı törətdikləri qətllərin bizlər üçün sonradan unudularaq sıradan bir hadisə olmadığını və baş verənlərə biganə qalmadığımızı göstərmək istədiyini bildirib. 

P.Əliyev Alxanlı kəndinə ziyarət edəcəyini sakinlərin necə qorunduğunu öz gözü ilə görmək istədiyini deyib.

"Plana uyğun iki-üç günə 300-330 klm yolu gedərək Alxanlı kəndinə çatmalıyam. Yol uzun olduğu üçün fors-major hallar gözləniləndi və bunları nəzərə almışam”

Qeyd edək ki, İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzulirayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb. Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb

Tuncay
BAKU.WS