SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Facebook sosial şəbəkəsində nəqliyyat müfəttişlərinin yenə də özbaşına fəaliyyət göstərdikləri barədə video yayılıb.

BAKU.WS
-in məlumatına görə, "Sancaq” qrupunda yayılan videoda iki Nəqliyyat Nazirliyinə məxsus avtomobilin bir yük maşınını təqib etdiyi görünür. Müfəttişlər maşını saxlaya bilmirlər.

Videonun oktyabr ayının 14-də çəkildiyi bildirilir. Həmin dövrdə isə artıq nazirlik müfəttişlərində səlahiyyət alınmışdı.

Məsələni dəqiqləşdirmək üçün Nazirliklə əlaqə saxladıq. Qurumun rəsmisi Namiq Həsənov BAKU.WS-ə bildirib ki, adətən belə videolar köhnə olur: "Mən dəqiqləşdirəcəyəm ki, video həqiqətən nə vaxt çəkilib. Biz hazırda müfəttişlərin fəaliyyətini dayandırmışıq. Lakin müfəttişlərdən səlahiyyətlər tam alınmayıb. İndi onların səlahiyyətləri müəyyənləşdirilir”, - deyə Namiq Həsənov bildirib.

Ziya Səccad

BAKU.WS