SİZİN REKLAM BURADA!
055 213 76 73



Son günlər ictimaiyyətdə nəqliyyat naziri Ziya Məmmədovun işdən çıxdığı, hətta onun saxlanıldığı bildirilirdi. Kütləvi informasiya vasitələrində də nəqliyyat nazirinin işdən çıxdığı barədə çoxsaylı xəbərlər gedirdi. Yazılanlara görə, cənab Məmmədovun həbsi də gözlənilirdi. Lakin bütün bu deyilənlərin əksi baş verdi.


BAKU.WS
-in Nəqliyyat Nazirliyindəki mənbələrindən bildirildi ki, nazir Ziya Məmmədov bu dəqiqələrdə nazirliyə gəlib. Nazirin işə çıxdığı deyilir. 

Məsələni tam dəqiq öyrənmək və rəsmi təsdiqləmək üçün nazirliklə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov BAKU.WS-ə açıqlamasında xəbəri təsdiqlədi.

"Ziya Məmmədov hazırda nazirlikdədir. Rəsmi olaraq isə işə ayın 23-də çıxacaq. Amma nazir indidən işinin başındadır”, - deyə Namiq Həsənov bildirib.

Ziya Səccad
BAKU.WS