Oktyabrın 18-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.

 

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə. son vaxtlar artan sərnişin sıxlıgını və sərnişinlərin təkliflərini nəzərə alaraq, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının intensivliyi artırılıb. Reyslər arasındakı intervallar azaldılıb. Elektrik qatarları gün ərzində 20 reys edəcəklər: "10-nu Bakı-sərnişin stansiyasından Sumqayıt – sərnişin stansiyasına, 10-nu isə əks istiqamətə.


Beləliklə, oktyabrın 18-dən etibarən Bakı-Sumqayıt elektrik qatarları Bakı sərnişin stansiyasından saat 05:00, 05:20, 05:35, 05:50, 08:30, 16: 00, 17:35, 18:30, 19:00 və 19:50-də, Sumqayıt sərnişin stansiyasından 07:00, 07:30, 07.45, 08: 00, 09:30, 17:10, 18:40, 20:00, 20:50 və 21.20-də yola düşəcək.


Hər şənbə, bazar və bayram günləri, sərnişin sıxlığı az olduğuna görə, Baki sərnişin stansiyasından saat 05:00-da və 05:20-də, Sumqayıt sərnişin stansiyasından isə saat 07:00-da və 07:30-da yola düşən elektrik qatarları hərəkətdə olmayacaq.


Sərnişin sıxlıgı ilə bağlı Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.


Ziya Səccad

BAKU.WS


Bakı - Sumqayit elektrik qatarlarının hərəkət c ə d v ə l i