Gömrük əməkdaşı vətəndaşları gözlədib özü oyun oynayır (FOTO)

Hər kəs Heydər Əliyev adına Hava Limanındakı Dövlət Gömrük Postunun əməkdaşından danışır. Məsələ burasındadır ki, redaksiyamıza göndərilən foto müzakirə mövzusu olub.
BAKU.WS xəbər verir ki, DGK əməkdaşlarından biri iş vaxtı növbədə dayanan vətəndaşlara əhəmiyyət vermədən kompüterdə oyun oynamaqla məşğul olur. Gömrük işçisinin laqeyidliyi və növbədə dayanaraq ona xidmət göstərilməsini gözləyən vətəndaşa əhəmiyyət verməməsi insanları özündən çıxarıb. Gömrük əməkdaşının iki müxtəlif vətəndaşı gözlədərək kompüterdə oyun oynamasını əks etdirən şəkillər redaksiyamıza göndərilib.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi ilə əlaqə saxladıq. Bildirildi ki, faktla bağlı araşdırmalar aparılır.
BAKU.WS ayrı-ayrı vaxtlarda çəkilmiş fotoşəkilləri təqdim edir.

Aynur Ələkbərova
BAKU.WSOxşar xəbərlər
Azərbaycanda avtomobil təkərlərindən 5000 ədəd siqaret çıxdı (FOTO)
Rusiyadan gələn azərbaycanlının avtomobilində gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb. Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə,...
