SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakının Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən 104 saylı məktəbdə hicab problem yaşanıb.

BAKU.WS
-in azadxeber.az saytına istinadən verdiyi məlumata görə, sözügedən məktəbin direktoru Xədicə Hacıyeva adlı şagirdi hicabla dərsə buraxmır. Direktor Kərəm Mehdiyevin sözlərinə görə, Təhsil Nazirliyinin rəsmisi Əhliyyət Adıgözəlovun göstərişi əsasında hicablı şagirdlərin məktəbə gəlişinə qadağa qoyulub. Bu barədə X.Hacıyevanın valideyni Amil Hacıyev bildirir. Lakin direktorun sözü ilə adını çəkdiyi şəxsin dedikləri üst-üstə düşməyib. Valideyn özü Ə.Adıgözəlovla əlaqə saxlayıb və ona deyilib ki, belə bir qadağa göstərişi verilməyib. Əhliyyət bəy AzadXeber.az-a açıqlamasında hicab qadağasıyla bağlı heç bir məktəb direktorlarına tapşırıq vermədiyini dilə gətirdi.

Məsələ ilə bağlı məktəb direktoru M.Kərəmin özündən münasibət öyrənmək istədik. Ortaya çıxan görüntülər aşağıdakı videoda öz əksini tapır.

Ardınca məktəbin müəllimlərindən biri çəkilişə maneə yaratmaq üçün oradakı mühafizəçiyə müvafiq tapşırıq verdi. Tapşırıq əsasında mühafizəçinin təqyiqindən sonra məktəbin həyətindən zorla qovulduq. Valideynin danışıqlarına baxmayaraq nə hicab problemi həll olundu nə də ki, məktəb direktorundan münasibət öyrənə bildik.

2012-ci ildə Kərəm Mehdiyevin adı rüşvət məsələsində hallanıb. Onun dərs bölgüsü və cədvəlin tutulmasına görə müəllimlərdən rüşvat aldığı bildirilir.

Təshsil Nazirliyinin mətbuat xidmətindən bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumtəhsil məktəblərində təhsil alanların geyim forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur: "Buna uyğun olaraq həmin prosesə nəzarət də məktəbin özü tərəfindən həyata keçirilir”.

Məlumat üçün bildirək ki, nizamnamə konstitusiya ilə ziddiyyət təşkil etməməlidir.(

 

BAKU.WS