Güclü külək cənub bölgəsində fəsadlara səbəb olub.
 
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hazırda Masallıda külək səngimək bilmir. Külək əsasən enerji təsərrüfatına ciddi ziyan vurub. Masallı rayonunun əksər  kəndlərində elektrik enerjisinin verilişi dayandırılıb. Aidiyyəti qurumlar ərazilərə cəlb olunub. Bir neçə kəndə enerjinin bu gecə bərpasının mümkün olmayacağı bildirilir. Külək səbəbindən elektrik dirəkləri sıradan çıxıb.
 
Analoji hadisə Lerik rayonunda da müşahidə olunub. Güclü külək səbəbindən kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda kəndlərin əksəriyyətində işıq yoxdur. Bir qədər əvvəl rayon mərkəzinə və bir neçə yaxın kəndə elektrik enerjisinin verilişi bərpa edilib.
 
Qeyd edək ki, güclü külək hazırda da Masallıda əsməkdədir, Lerik rayonunda isə külək bir qədər səngiyib.
 
BAKU.WS