SİZİN REKLAM BURADA!
055 213 76 73



ATV-də yayımlanan "Yoxlama" verilişi növbəti dəfə uşaq bağçalarında çəkiliş aparıb.
 
BAKU.WS xəbər verir ki, bu dəfə verilişin çəkiliş komandası Sumqayıt şəhərində yerləşən bağçalara üz tutub. İlk olaraq yoxlama 49 saylı bağçada həyata keçirilib. Təmirsiz vəziyyətdə olan bağçada bir çox nöqsanlara rast gəlinib.
 
Diqqət çəkən məqam isə bağçaya verilən ətin vaxtından tez bitməsi olub. Bağça rəhbərliyi isə bir neçə gündən sonra yenidən ətin gətiriləcəyini bildirib. Aparıcı uşaqların bir neçə gün ərzində ət məhsullarından məhrum olmasının doğru olmadığını qeyd edib.
 
Aparıcı Azər Zahid onu da əlavə edib ki, bağçalara ərzaq məhsulları verilsə də onun hamısı uşaqlara çatmır.
 
Aynur Ələkbərova
BAKU.WS