"Yoxlama"da qalmaqal: Aparıcı Azərə rüşvət təklif etdilər (VİDEO)
Hər buraxılışı qalmaqallarla yadda qalan ATV-nin "Yoxlama” verilişi bu dəfə uşaq bağçalarında çəkiliş aparıb.
BAKU.WS xəbər verir ki, veriliş komandası üz tutduğu Binəqədi rayonu 151, 158, 138 saylı bağçalardan əliboş qayıdıb. Onlar içəri buraxılmayıblar. Belə ki, aparıcı Azər Zahid bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığı ilə onların içəri daxil olmasına qadağa qoyulub. Veriliş komandası ilə bərabər valideynlər və azyaşlılar da bağça rəhbərliyinin qapını açmağa icazə verməməsi səbəbindən çöldə qalmalı olub.
Daha sonra isə aparıcı iddia edir ki, 151 saylı bağçanın rəhbərliyi onunla başqa vasitələrlə əlaqə saxlayaraq məsələni başqa yollarla həll etməyi təklif edib. Aparıcı isə verilişin şəffaflığının heç bir şeyin müqabilində pozulmasının mümkünsüz olduğunu söyləyib.
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
Aparıcı Azər "Yoxlama" verilişinin reketliklə məşğul olması iddiasına aydınlıq gətirdi (VİDEO)
"Reket jurnalist özəl fəaliyyət göstərir və pul yığır. Biz çəkirik və heç bir təmənna güdmədən insanları maarifləndiririk". Bunu BAKU.WS-ə açıqlamasında ATV te...