SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Sumqayıt qeydiyyatlı vətəndaşlar Abşeron rayonunda avtomobil ilə rahat şəkildə hərəkət edə bilmirlər.

 

Bu barədə vətəndaşlar BAKU.WS-ə şikayətlərində bildiriblər. Sakinlərin sözlərinə görə, 99 nömrə nişanlı avtomobil ilə Sumqayıtdan Novxanı, Saray, Sədərək istiqamətinə gedə bilmirlər. Yol polisi avtomobillərin Bakıya girişinin qadağan olduğunu əsas gətirərək onları saxlayır.


Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polis İdarəsilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Kamran Əliyevin BAKU.WS-ə verdiyi məlumata görə, onlara belə bir şikayət daxil olmayıb.


"Əgər belə bir problem olarsa vətəndaşlar Baş Dövlət Yol Polisİdarəsinə şikayət etməlidirlər. Şikayət əsasında araşdırma aparılacaq. Ümumiyyətlə Sumqayıt sakinlərinin avtomobillərilə Abşeron rayonu ərazisində rahat şəkildə hərəkət edə bilər”, - deyə Kamran Əliyev bildirib.


Ziya Səccad

BAKU.WS