Bakıda daha bir bank bağlanır

"Yaxın vaxtlarda "United Credit Bankı”nın ləğv etmə prosesinə başlanacaq”.
BAKU.WS AzVision.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı deyib.
Palata sədri bildirib ki, "United Credit Bankı”nın ləğv edilməsi ilə bağlı məhkəmə prosesləri icra olunur.
"Həftənin əvvəlində biz məhkəmə qərarını aldıq. Bu proseslər prosessual olaraq uzanırdı. Çünki, bir neçə məhkəmə instansiyasından keçir. Əslinə qalsa, bu məhkəmə sisteminə deyil, məhkəmə prosedurlarına dair olan bir məsələ idi. Hazırda ləğvedici təyin olunmalıdır. Bundan sonra bankda real ləğv etmə prosesinə başlayacağıq. Yəqin ki, gələn həftə biz bu məsələni müzakirə edəcəyik”.
BAKU.WS
Oxşar xəbərlər
Məhkəmə Nurayı xalasına qaytara bilərmi? - Quba məhkəməsinin sədri danışdı
Quba məhkəməsinin sədri Füzuli Pənahov 10 yaşlı Nurayın icraçılar tərəfindən işgəncələrə məruz qalmasına münasibət bildirib. İstiPress-in Şimal bürosu xəbər v...