SİZİN REKLAM BURADA!
055 213 76 73


 
1-ci mikrorayon ərazisindən köçürülən sakinlər yeni binalardan güzəştlə mənzil alacaqlar.

BAKU.WS Report-a istinadən bildirir ki, bunu jurnalistlərə baş nazirin müavini Abid Şərifov deyib.

A.Şərifov bildirib ki, sökülən binalardan köçürülən sakinlər həmin ərazidə tikilən yeni binalarda güzəştlə mənzil ala biləcəklər: "Dövlətin zəmanəti ilə kim hansı binadan köçürülübsə həmin binanın yerində tikiləcək yeni binadan güzəştli şərtlərlə mənzil alacaq. Yeni layihəni həyata keçirmək üçün tikinti şirkətləri arasında tender elan olunacaq. Hansı şirkət istəyirsə iştirak edə bilər. Lakin, bildiyiniz kimi Bakı şəhəri ərazisində kooperativ və ya qeyri kooperativ binaların tikintisinə çox vaxt sərf olunur. Tenderdə iştirak edən tikinti şirkətləri qarşısında belə bir tələb qoyulacaq ki, tez bir zamanda layihənin icrasını başa çatdırsınlar”.
 
BAKU.WS