SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Sabirabadlı sürücüyə sürət həddini aşması barədə cərimə protokolu göndərilib. Sənədddə göstərilir ki, o yük maşını ilə 110 kilometr/saat sürətlə radara düşüb. Lakin sürücü bununla razılaşmır.

BAKU.WS-in Xəzər Tv-ə istinadən verdiyi xəbərdə bildirilir ki, yük maşını 110 kilometr/saat sürətlə radara düşüb. Sabirabadın Həsənli kənd sakini Rauf İsmayılovun ünvanına cərimə protokolu gəlib. Sənəddə göstərilir ki, o, idarə etdiyi yük maşını ilə fevralın 27-də sürət həddi 60 kilometr/saat olan yolda 110-la radara düşüb. Rauf İsmayılov deyir ki, həmin vaxt nəqliyyat vasitəsində 15 ton yük olub. Bu yüklə də maşını protokoldakı sürətlə sürmək mümkün deyil. Yəni protokolda texniki səhv var.

Rauf İsmayılov iddi edir ki, həmin yük maşını ümumiyyətlə o cür yüksək sürətlə getmir.
Rauf İsmayılovun sözlərinə görə, son günlər bir neçə yük maşınının sürücüsünə həmin ərazidə bu cür yüksək sürətlə radara düşməsi barədə protokol gəlib.

Yol hərəkəti üzrə ekspertlər isə bildirirlər ki,sürücü bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinə yazılı müraciət edə bilər.

Arzu Mirzəyeva
BAKU.WS