SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sosial şəbəkələrin gündəminə çevrilən sürücü getdiyi bütün yollarda ya radara düşüb, yadaki qoşa xəttin tələbini pozaraq digər sürücülər üçün təhlükə yaradıb. Araşdırma zamanı o da məlum olub ki, həmin avtomobilin sürücüsü son iki ayda 23 dəfə radara düşüb.

Qoşa xəttin tələbini pozub sürətlə hərəkət edir. Bu avtomobilin sahibi son bir neçə gündür sosial şəbəkələrdə və internet saytlarında Bakıda kobud qayda pozması ilə gündəmə gəlib. Sürücü 2 ayda 23 dəfə radara düşüb.

Son model ''Mersedes'' markalı avtomobilin sürücüsü Binəqədi rayonu Şövkət Məmmədova küçəsində qoşa xəttin tələbini pozaraq əks yola çıxır. Görüntülər avtomobillərdən birinin video qeydiyyat cihazı tərəfindən çəkilib. Sürücünün kobud qayda pozması digər hərəkət iştrakçıları üçün böyük təhlükə yaradır.

Məlum olub ki, həmin sürücü son iki ayda 23 dəfə radara düşüb. Sürücünün qayda pozuntularından 17-si sürət həddinin aşılması ilə bağlıdır. Onun 7 ədəd 10 manatlıq, 10 ədəd 50 manat - 2 ballıq cəriməsi var. Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov da özbaşnalıq edən sürücünün bu əməllərindən xəbərdar olduqlarını dedi.

O da məlum olub ki, həmim sürücü qoşa xəttin tələbini pozaraq avtomobili yolun əks istiqamətinə çıxarmaqla nəqliyyat axınına qarşı hərəkət etdiyinə görə 6 dəfə kameraya düşüb. Bu əməlinə ona 6 dəfə 100 manat - 4 bal cərimə tətbiq edilib. Ümumilikdə isə hazırda həmin avtomobilin sürücüsünün 1170 manat cərimə borcu var. Cərimə balları isə son 2 ayda 44 bal təşkil edir. Bu isə həmin şəxsin sürücülük hüququnun məhdudlaşdırılması deməkdir.

Sürücü saxlanıldıqdan sonra əgər cəimələri ödəməssə Bakı Şəhər Dövlət Yol Polisi onu məhkəmə verəcək. Məhkəmə isə icra xidməti vasitəsi ilə cəriməni son qəpiyinə qədər həmin sürücüyə ödətdirməli olacaq.

BAKU.WS