13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Səudiyyə Ərəbistanı Krallığı bu il Azərbaycana qurbanlıq ətləri göndərməyib.

Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovun BAKU.WS-ə verdiyi məlumata görə, hələlik naməlum səbəblərdən azərbaycanlı qaçqınlar üçün qurbanlıq ətləri gətirilməyib.


"Bu il qurbanlıq ətləri göndərilməyib. Lakin ötən illər göndərilirdi. Bir neçə il bundan əvvəl 2500 cəmdək gəlirdi. Sonra isə 2 təyyarə ilə 5 min cəmdək göndərilmişdi”, - deyə Müqəddəs Payızov bildirib.

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovun BAKU.WS-ə verdiyi məlumata görə, bu il qurbanlıq ətlərinin göndərilməməsi səbəbi barədə heç bir məlumat verilməyib. Ətlərin paylanmasına gəlincə, qurum rəsmisi deyir ki. ötən illərdə gətirilən qurbanlıqlar elə öz əməkdaşlarının vasitəsilə də paylanır.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hökuməti məlumat yaymışdı ki, Azərbaycandakı qaçqınlara paylanılması üçün 500 milyon dollar xərcləyib. Belə ki, hər il Səudiyyə Ərəbistanı hökumətinin göndərdiyi 5 min qurbanlıq heyvan cəmdəyi Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin xətti ilə Azərbaycandakı qaçqınlar və məcburi köçkünər üçün paylanır


Ziya Səccad
BAKU.WS