VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Türkiyədə incəsənət dünyasının ən prestijli jurnalı olan "Moon Life” 2017 mükafatları sabhiblərinə təqdim olunub. 

BAKU.WS-in xəbərində bildirilir ki, Azərbaycanın məşhur aparıcısı Xoşqədəm Baxşəliyeva Türkiyədə Moon Life jurnalının hər il təşkil etdiyi tədbirdə "Ən yaxşı müəllif”  və "Ən yaxşı aparıcı” mükafatına layiq görülüb. "Xəzər TV"-də yayımlanan "Bizə danış" verlişinin müəllifi və aparıcısı olan Xoşqədəm xanıma mükafatı həyat yoldaşı müğənni Doğuş təqdim edib.

Bu barədə məlumatı Xoşqədəm Baxşəliyeva öz instaqram səhifəsində paylaşıb. O şəklin altından "Ömür gün yoldaşımın əlindən bu mükafatı aımaq çox gözəldir”, - deyə status yazıb.
 
7 mart tarixində gerçəkləşən "Moon Life" jurnalının mükafatlandırma mərasinmində iş, sosial həyat və incəsənət adamları bir araya gəliblər. Oktay Qaynarca, Hande Yenər, Hakan Altun, Wilma Elles kimi məşhur simaların də mükafat aldığı gecə olduqca rəngli keçib.

Arzu Mirzəyeva
BAKU.WS