24 dekabrda doğulan əkizlərə İlham və Mehriban adları verildi - FOTO
Siyəzən şəhərində 24 dekabr tarixində doğulan əkizlərə İlham və Mehriban adları verilib.
BAKU.WS xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinə müdir Elnur Hidayətoğlu məlumat yayıb.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günündə - 24 dekabrda TƏBİB-in tabeliyində fəaliyyət göstərən Siyəzən Rayon Mərkəzi Xəstəxanasında dünyaya göz açan əkizlərə valideynləri İlham və Mehriban adlarını veriblər.
Hazırda ana və körpələrin vəziyyəti stabildir, həkim və tibb bacıları tərəfindən ciddi nəzarət altındadırlar", - o qeyd edib.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...