SİZİN REKLAM BURADA!
055 213 76 73



Bank kartlarının sahibləri "BakıKart" nəqliyyat kartlarına gedişi onlayn formada yükləyə biləcəklər.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə layihəyə yaxın mənbədən məlumat verilib. Məlumata görə, hazırda bu xidmət korporativ müştərilər üçün mövcuddur.

Hazırda bu xidmətin bütün müştərilərə şamil olunması üçün işlər davam etdirilir.

Qeyd edək ki, "BakıKart" Bakı Metropolitenində və sərnişin avtobuslarında gediş haqqını ödəmək üçün istifadə olunur.

"BakıKart"ların alınması və yüklənməsi "BakıKart" və "MilliÖN" terminallarında mümkündür. Kartın qiyməti 2 manat təşkil edir.

Bundan başqa, ictimai nəqliyyatdan az istifadə edən Bakı sakinləri və paytaxtın qonaqları üçün məhdud istifadəli "BakıKart"lar nəzərdə tutulub ki, onların qiyməti 0,2 manat təşkil edir. Bu kartlara yalnız 4 gediş yükləmək olar. Bir gedişin qiyməti də 0,2 manat təşkil edir.
 
BAKU.WS