SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda ictimai nəqliyyatda gediş haqqını ödəmək üçün "BakıKart" kartlarını internet vasitəsilə yükləmək mümkün olacaq.

BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə layihəyə yaxın mənbə deyib.

Onun sözlərinə görə, adıçəkilən xidmət hələlik korporativ müştərilərə (şirkət və müəssisələr) göstərilir: "BakıKart"ın balansını artırmaq üçün bank kartlarından istifadə olunur. Gələcəkdə xidmət bütün istifadəçilər üçün əlçatan olacaq".

İnternet vasitəsilə ödənilən məbləğ sərnişinin "BakıKart"ı yükləmə aparatlarındakı oxuma qurğusuna yaxınlaşdırmasından sonra avtomatik olaraq kartın balansına oturacaq. Bunun üçün həmin qurğuda internet vasitəsilə yüklənən kartlara görə yeni interfeys tətbiq ediləcək.
 
BAKU.WS