23 yaşlı qəhrəman şəhidimiz - Təxris olmağına 15 gün qalmışdı...

23 yaşlı qəhrəman şəhidimiz - Təxris olmağına 15 gün qalmışdı...
Sosial 1279

 

Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olan Şahvələdov Sultan Niyaz oğlu bu gün Qusardakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, 1994-cü il təvəllüdlü şəhidimizin tərxis olunmasına 15 gün qalıbmış. Rusiyada ali təhsilini başa vurduqdan sonra əsgərliyə yollanan Şahvələdov Sultan hərbi xidməti müddətində şücaəti ilə seçilib. Bizdə olan məlumata görə, o, Murov dağda xidmət edərkən qar uçqununa düşən iki əsgər yoldaşını qəhrəmanlıqla xilas edib. Şəhidimiz bu şücaətinə görə hərbi hissə rəhbərliyi tərəfindən təltif də olunub.

Valideynləri hərbi xidməti başa vurduqdan sonra Sultana toy etmək niyyətində imiş. Bu məqsədlə evlərini təmir etdirib, oğul toyuna hazırlaşsalar da, övladlarının şad gününü görmək onlara qismət olmayıb. Qeyd edək ki, ailənin 1 qızı, iki oğlu vardı.

Allah rəhmət eləsin!

BAKU.WS

Oxşar xəbərlər

Şəhid əsgər dəfn edildi - (FOTO)

Şəhid əsgər dəfn edildi - (FOTO)

Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu dəfn edilib. BAKU.WS "Report"un Şimal bürosuna istinadən xəbər verir ki,1994-cü il təvəllüdlü, şəhi...

1784 Siyasət 14:52 16 iyun 2017

Son xəbərlər