COP29-un rəsmi saytı istifadəyə verilib
01
may
2024
16:53
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəsmi saytı istifadəyə verilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, sözügedən saytda COP29-un əhəmiyyəti barədə məlumat verilib. Həmçinin COP29-un Təşkilat Komitəsinin üzvləri barədə məlumatlar yer alıb.
Bundan başqa, saytın “Tez-tez soruşulan suallar” bölməsində vətəndaşları maraqlandıran suallara cavablar da yer alıb.
Qeyd edək ki, bu ilin noyabrında Azərbaycan COP29-a ev sahibliyi edəcək. Konfrans Bakı Olimpiya Stadionunda baş tutacaq.
Oxşar xəbərlər
COP29-la bağlı Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılacaq
COP29-da qeydiyyatdan keçmiş iştirakçıların Azərbaycana girişi asanlaşdırılacaq. BAKU.WS report-a istinadən xəbər verir ki, bunun üçün xüsusi COP29 viza mürac...