SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda acınacaqlı hadisə baş verib. 


BAKU.WS-in məlumatına görə, bir neçə gün öncə yaşlı bir kişi insanların biganəliyi nəticəsində dünyasını dəyişib. Bu barədə oxucularımızdan biri yazıb:

 

"Dünən 93 nömrəli avtobusda yaşlı bir kişi ilə xanımı minib. Çermet körpüsünün kişinin ürəyi tutdu. Sürücüdən avtobusu saxlamasını tələb etsək də, o buna məhəl qoymayaraq Koroğlu metro stansiyasına kimi yoluna davam etdi.

 

Kişinin can verməsinə baxmayaraq sürücü avtobusu dayanacaqdan kənar saxlayaraq sərnişin də götürürdü. "Koroğlu" stansiyasında kişini düşürdük. O artıq keçinmişdi. Yoldaşı ilə mən köməkləşib onu taksiyə qoyduq və Sabunçu xəstəxanasına gətirdik.

 

Xəstəxanada "ağır xəstə var, kömək edin"- deyə qışqırmağıma baxmayaraq hec kim yaxın gəlmədi. 15-20 dəqiqə sonra bir həkim gəlib xəstənin nəbzini yoxlamadan, uzaqdan taksinin içinə baxaraq xəstənin keçindiyini bildirdi və çıxıb getdi. Sonradan kişinin bir qohumu gəldi, onunla köməkləşib kişini xərəyə qoyduq və icəriyə apardıq. Amma artıq çox gec idi".

 
Arzu Mirzəyeva
BAKU.WS