Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlandı

Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlandı
Sosial 200

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci -ci (özünü öldürmə həddinə çatırma) maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin baş vermə şəraiti, səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər