SİZİN REKLAM BURADA!
055 213 76 73



Kişilərin lazer epilyasiyası ilə bağlı elanlar internetdə hər keçən gün daha da artır. Bura müraciət edənlərə qaşarası, göz altı, çiyinlərin, qolların təmizlənməsi xidməti göstərilir. Bir çoxları bunu təmizlik, səliqə ilə əlaqələndirsə də, ekspertlər bu cür elanların artmasının heç də ürəkaçan olmadığını deyirlər. Mütəxəssislər belə xidmətlərin cəmiyyətdə ciddi çatışmazlıqlara gətirib çıxara biləcəyini düşünürlər.

BAKU.WS xəbər verir ki, son bu elanlar kosmetoloji xidmət səviyyəsinin yüksəlməsi ilə yanaşı digər mənfi fəsadları da özü ilə gətirir. Ekspertlər düşünür ki, kişiləri bu cür epilyasiyalara cəlb etməklə nəinki kimlərsə pul qazanır, hətta belə addımlar cinsi azlıqların sayının artmasına meylliyi artırır.

Psixoloq Elnur Rüstəmovun sözlərinə görə həmin kişilər üçün lazer epilyasiyası xidmətini gətirənlər yerli adət-ənənələri nəzərə almırlar. Nəticədə isə belə xidmətlərdən istifadə edənlərlə onların yaxın çevrəsi arasında ciddi uzaqlaşma meydana gəlir.

Gənclərin də bir qisminin kişilərin lazer epilyasiyasından istifadəsinə münasibəti birmənalıdır.

Paytaxtda fəaliyyət göstərən estetika mərkəzlərindən biri ilə əlaqə saxladıq. Onlar da kişilərin belə xidmətlərə getdikcə daha çox maraq göstərdiklərini təsdiqləyirlər.

Onu da qeyd edək ki, kişilər üçün bu cür lazer epilyasi xidmətinin fəsadları təkcə psixoloji amillə yekunlaşmır. Təcrübəsizlik və cihazlardan düzgün istifadə edilməməsi nəticəsində dəridə müxtəlif xəstəliklərin yayılması və görünüşün pozulması da istisna deyil.
 
Aynur Ələkbərova
BAKU.WS