Nazir sabiq baş həkimə VƏZİFƏ VERDİ - FOTO
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Rauf Nağıyevə Səhiyyə Nazirliyində vəzifə verilib.
BAKU.WS unikal-a istinadən xəbər verir ki, bununla bağlı nazir Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, Rauf Nağıyev Səhiyyə Nazirliyinin Səhiyyənin strategiyası sektorunun müdir müavini vəzifəsinə təyinat alıb.
Xatırladaq ki, R.Nağıyev 2023-cü ilin dekabr ayında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi vəzifəsindən azad edilmişdi. İşdən çıxarıldıqdan sonra isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) məhkəməyə vermişdi.
Oxşar xəbərlər
TƏBİB-in idarə olunması qaydası müəyyənləşib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) idarə olunması qaydası müəyyənləşib. BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyevin TƏBİB-in nizamnaməsin...