Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxani vəfat edib
Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxani vəfat edib.
Bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi sosial şəbəkədə bildirib.
“Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxaninin əziz xatirəsini yad edirik. 2007-ci ildə İlham Əliyev Rza Cavadxanini Prezident sarayında qəbul edib. O zaman Rza ata-baba yurduna gəlməkdən şərəf duyduğunu və Azərbaycanda bütün sahələrdə böyük inkişafın tanığı olduğunu qeyd edib. Səfir Xəzər İbrahim və səfirliyimizin əməkdaşları adından onun ailəsinə dərin hüznlə başsağlığı veririk. Qəbri nurla dolsun”, – diplomatik missiyanın mətbuat xidməti nəql edib.
Qeyd edək ki, Rza Cavadxani ABŞ-də yaşayırdı. Onun iki qardaşı ABŞ-də, biri Malayziyada, iki qardaşı və bir bacısı isə İranda yaşayır. Cavad xanın nəslinin nümayəndəsi həm də Azərbaycan vətəndaşı idi.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...