Rəqsanə İsmayılovadan saxlanılması ilə bağlı yayılan xəbərə MÜNASİBƏT - VİDEO - YENİLƏNİB

Rəqsanə İsmayılovadan saxlanılması ilə bağlı yayılan xəbərə MÜNASİBƏT - VİDEO - YENİLƏNİB
Video
Sosial 12

Müğənni Rəqsanə İsmayılova həbs olunma xəbərlərinə münasibət bildirib.

BAKU.WS xəbər verir ki, sənətçi instagram səhifəsinə yerləşdirdiyi video müraciətdə qeyd edib ki, onun saxlanılma xəbəri yalandır:

"Bir neçə dəqiqə əvvəl hamı məni yığır ki, səni həbs ediblər. Amma mənə heç nə olmayıb və yalan məlumatdır. Mənim üçün narahat olduğunuz üçün təşəkkür edirəm. Evimdəyəm, hər şey qaydasındadır".

***15:00

Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılova Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, İsmayılova Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Rüşvət vermə” və “Sənəd saxtakarlığı” maddələri ilə ittiham olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər