SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda taksilərlə bağlı yeni qərarın qəbul edilməsi buraxılış ili 15-dən yuxarı olan avtomobil sahibləri, xüsusən də "Toyota Prius" markalı maşınların sürücülərini çıxılmaz vəziyyətə salıb.

BAKU.WS-in məlumatına görə, artıq "Prius" markalı avtomobillərin kütləvi satışı ilə bağlı görüntülər yayılmağa başlanılıb.

Lakin "Prius" sürücüləri üçün satacaqları avtmomobilin puluna yeni maşın almaq mümkünsüz görünür. Bu vəziyyətdə həmin sürücülərə müəyyən güzəştlərin edilməsi gündəmə gəlib.

"Prius" sürücülərinə gələcək hər hansı güzəştlərin edilə biləcəyi ilə bağlı millət vəkili Aydın Mirzəzadəyə müraciət etdik. Deputat BAKU.WS-ə bildirib ki, həm dövlət, həm də özəl banklar tərəfindən “Prius”la taksi fəaliyyəti göstərən şəxslərə müəyyən təkliflər edilməsi mümkün ola bilər:

“Məqsəd Bakının müasirliyini gücləndirmək, paytaxtı turistlərin maraqla gəzdiyi şəhərə çevirməkdir. Bu istiqamətdə çox işlər görülüb və taksi də bunlardan biridir. Nəzərə almaq lazımdır ki, turistlər taksidən çox istifadə edirlər. Ona görə taksi xidmətinin keyfiyyətini qaldırmaq üçün təkliflər irəli sürülüb.

Taksi şirkətləri və fərdi avtomobil sahiblərinə vaxt verilmişdi. 3 ay kifayət edir ki, bu müddətdə müvafiq addımlar atılsın.
Buraxılış tarixi 15 ildən çox olan aşağı keyfiyyətli avtomobillərin əksəriyyəti şirkətlərə və həmin avtomobillərdən alıb icarəyə verən şəxslərə məxsusdur. Buna görə həmin şirkətlər ilk növbədə dəyişiklik etməlidir. Bu şirkətlərdən bəzisi yeni tələblərə uyğun avtomobil sifariş edirlər.
Digər tərəfdən “Pirus” markalı avtomobili olan fərdi şəxslər müəyyən problem yaşayırlar. Hələlik vaxt var. Fikrimcə, bu insanların işinin problemlərinin həlli istiqamətində addımlar atıla bilər.

Hesab edirəm ki, həm dövlət, həm də özəl banklar tərəfindən “Prius”la taksi fəaliyyəti göstərən şəxslərə müəyyən təkliflər verilsin. Bu sürücülərin banklardan müəyyən güzəştlərlə avtomobil almaq üçün kreditlər götürməsi bankların gəlir əldə etməsinə də təsir göstərəcək
Bunu da nəzərə almaq lazımdır ki, həmin şəxslərə Azərbaycanın yerli istehsalı olan avtomobillər də güzəştli şərtlərlə satıla bilər. Rusiyanın “LADA” avtomobillərinin ölkədə istehsal ediləcəyi açıqlanıb. Mümkündür ki, bu şirkətlər müəyyən güzəştli təkliflər edə bilər”.

Orxan Hüseyn
BAKU.WS