Göytəpə su anbarı 10 ildən sonra ilk dəfə tam dolub
24
mar
2024
16:36
Cəlilabad rayonunda yerləşən Göytəpə su anbarı tam su ilə dolub.
Rayon sakinlərinin "Report"a verdiyi məlumata görə, son günlər intensiv yağıntılar nəticəsində anbarda belə bir vəziyyət yaranıb.
Onların bildirdiyinə görə, sonuncu dəfə anbarda bu qədər su kütləsi 2014-cü ildə müşahidə olunub.
Qeyd edək ki, sözügedən anbar Göytəpəçayın məcrasında yerləşir. Anbarın 2010-cu ildə tikintisi başa çatıb və açılış mərasimi keçirilib.
Oxşar xəbərlər
TƏBİB-də çalışmaq istəyənlərin NƏZƏRİNƏ - İş yerləri - SİYAHI
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tabeliyindəki tibb müəssisələrinə həkim-mütəxəssislərin (o cümlədən, xaricdə təhsil almış...