SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün paytaxt Bakıda orta səviyyəli geomaqnit qasırğası müşahidə olunacaq.

BAKU.WS xəbər verir ki, qasırğa bu gün günorta saat 15:00-dan etibarən hiss edilməyə başlayacaq, 18:00-da nisbətən səngiyəcək.

Həmçinin, sabah da saat 15-dən etibarən  də geomaqnit qasırğası müşahidə olunacaq.

Geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.

Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.

BAKU.WS