Polis "28 May" stansiyasının qarşısında maşın saxlayan sürücüləri cərimə edir - 80 AZN... - FOTO

Polis 28 May stansiyasının qarşısında maşın saxlayan sürücüləri cərimə edir - 80 AZN... - FOTO
Foto
Sosial 277

Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, bu gündən metronun "28 May" stansiyasının qarşısına şəxsi avtomobillərlə giriş qadağan edilib.

BAKU.WS xəbər verir ki, ərazidə müvafiq nişanlar quraşdırılıb.

Hazırda ərazidə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin və Dövlət Yol Polisi (DYP) əməkdaşları xidmət göstərir.

Əraziyə yalnız ictimai nəqliyyatın girişinə icazə var.

Şəxsi avtomobili ilə sözügedən əraziyə daxil olanlar müvafiq olaraq 80 manat cərimə edilir.

Həmçinin, maşını parklanma ərazisində uzunmüddətdir qalan avtomobillərin çıxarılması üçün vətəndaşlara şərait yaradılır.

Əvvəl parklanma yeri kimi istifadə olunan ərazi isə boşaldılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər