SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Cəlilabad rayon sakini Sevil Cabbar qızı İbayeva vəfat edib.

Bununla bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin səhifəsində də məlumat paylaşılıb:

"Təəssüf hissi ilə bildiririk ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisası üzrə IV tədris ili, AZD2005B saylı qrup tələbəsi Sevil Cabbar qızı İbayeva qızılca xəstəliyindən dünyasını dəyişib.

Pedaqoji Universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi adından mərhum tələbəmizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk!

Allahdan rəhmət eləsin!".

***17:57

Cəlilabadda dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulmuş gənc qız vəfat edib.

"Report"un Muğan bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, rayonun Sabirabad kənd sakini bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Belə ki, 2023-cü il dekabrın 30-da rayonun Sabirabad kənd sakini 31.10.2002-ci il təvəllüdlü (cinsi qadın) vətəndaş Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub.

Pasiyentə zəruri tibbi yardım göstərilsə də, həkimlərin səylərinə baxmayaraq yanvarın 4-də saat 10:30 radələrində vəfat edib.

Bundan əvvəl onun qızılca xəstəliyindən dünyasını dəyişdiyi bildirilirdi.

***17:07

Cəlilabad rayon sakini qızılca xəstəliyindən vəfat edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, rayonun Sabirabad kənd sakini İbayeva Sevil Cabbar qızı bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Məlumata görə, o, ötən ayın 26-da xəstəxananın infeksion xəstəliklər şöbəsində qızılca xəstəliyindən müalicə alırmış.

Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kursunda təhsil alırdı.

BAKU.WS