SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün - 5 yanvar BAKU.WS saytının fəaliyyətə başlamasından 20 il ötür!

BAKU.WS yarandığı ilk günlərdən məhdud kollektiv və imkanlarla ölkənin internet resursları arasında öz sözünü deməyi bacarıb. Peşəkarlıq və operativlik yarandığı ilk günlərdən BAKU.WS-ə populyarlıq qazandırıb.

Bu gün saytımız Azərbaycan və rus dillərində fəaliyyət göstərən ən oxunaqlı, operativ və etibarlı xəbər istehsalçılarından biridir. BAKU.WS-də Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair xəbər, analitik yazı, reportaj, müsahibə və araşdırmalar, eyni zamanda regionda və dünyada baş verən ən son xəbərləri izləmək mümkündür.

Daim eksklüziv xəbərlərlə oxucuların rəğbətini və etimadını qazanan BAKU.WS 20 il ərzində Azərbaycan seqmentində etibarlı KİV resurslarından birinə çevrilərək bu statusunu bu günədək qoruyub saxlayır.

BAKU.WS Azərbaycanın instagram seqmentində də öz sözünü demiş, ən oxunaqlı və etibarlı səhifə adını qazanıb. 1,1 milyon izləyicisi olan BAKU.WS instagram səhifəsi ölkə seqmentində ilk və yeganə rəsmi xəbər səhifəsidir.

Azərbaycanda təşkil olunan xeyriyyə aksiyaları saytın daima diqqətində olub. BAKU.WS olaraq 20 il ərzində bir çox xeyriyyə aksiyalarında qatılmış, ehtiyaclı və aztəminatlı insanlara dəstək olmuş və onların problemlərinin həllində yaxından iştirak etmişik.

BAKU.WS 20 il ərzində bir çox mükafat qazanıb, populyarlaşıb və Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrindən birinə çevrilib. Bizi seçən oxucularımızın etimadını doğrultmaq üçün BAKU.WS komandası olaraq bundan sonra da daha səylə çalışmağa davam edəcəyik.

BAKU.WS