AZAL Bakıdan Pekinə birbaşa reys həyata keçirib - FOTO
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Çinin paytaxtı Pekinə birbaşa reys həyata keçirib.
BAKU.WS bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, təyyarə dekabrın 19-da, saat 19:40-da Bakıdan qalxıb və dekabrın 20-də yerli vaxtla saat 06:50-də Pekində enib. Reysin təntənəli qarşılanma mərasimində aviaşirkətin nümayəndələri, Azərbaycanın və Çinin diplomatları, qonaqlar, o cümlədən Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov iştirak ediblər.
Bakı-Pekin-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək. Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından, mobil tətbiqindən, AZAL-ın kassalarından və ya akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
Qalereya
Oxşar xəbərlər
AZAL Bakıdan Vyanaya uçuşlar üçün yeni endirim aksiyasına start verib
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Avstriyanın paytaxtı Vyanaya uçuşlar üçün yeni endirim aksiyasına start verib. BAKU.WS AZAL-a istinadən xəbər verir...