Azərbaycan Mərkəzi Bankından yeni qayda
Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Banklara kreditlərin verilməsi Qaydaları”nda dəyişiklik edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı qurumun sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, AMB likvidlik problemi ilə üzləşmiş banka sonuncu instansiya kreditoru kimi müddəti 6 aydan çox olmayan və yalnız bir dəfə həmin müddətə uzadıla bilən kreditlər verəcək. Bununla belə, maliyyə bazarlarının sabitliyinə təhdid yarandığı hallarda qurumun İdarə Heyəti digər şərtlərlə və daha uzun müddətə sonuncu instansiya kreditinin verilməsi barədə qərar qəbul edəcək.
AMB-nin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün üç gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...